Tramp suriyalı həmkarı ilə görüşüb | FOTOLAR

   Tramp suriyalı həmkarı ilə görüşüb |    FOTOLAR
  14 May 2025    Oxunub:406
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Suriyanın keçid hökumətinin Prezidenti Əhməd Əş-Şərəə ilə görüş keçirib.
Ağ Evin yaydığı bəyanata görə, onların görüşü Körfəz Əməkdaşlıq Təşkilatının sammiti ərəfəsində baş tutub. Bu, ABŞ və Suriya dövlət başçılarının 25 il ərzində keçirilən ilk görüşü kimi də tarixə düşüb.

Bildirilir ki, söhbət əsnasında Donald Tramp Əş-Şərəəni "fələstinli terrorçuları Suriyadan çıxarmağıa, İŞİD terror təşkilatının yenidən dirçəlməsinin qarşısını almaq məqsədilə ABŞ-yə kömək göstərməyə və İsraillə əlaqələrin normallaşdırılması üçün "Avraam müqavilələri"nə qoşulmağa çağırıb. ABŞ lideri habelə söyləyib ki, rəsmi Ər-Riyadın da sözügedən müqavilələrə qoşulması "onun arzusudur".

Eyni zamanda, "Anadolu Ajansı"nın məlumatına əsasən, tərəflərin görüşünə həmçinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, habelə videozənglə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qoşulublar. Ərdoğan Suriyaya qarşı ABŞ-nin sanksiyalarının Donald Tramp tərəfindən ləğvini alqışlayıb.

Xatırladaq ki, Donald Tramp dünən gözlənilməz qərarla Suriyaya qarşı sanksiyaların aradan qaldırıldığını diqqətə çatdırıb. Bu, rəsmi Ankaranın gözlədiyi addım idi.

Firudin Həmidli
AzVision.az

Qalereya




Teqlər: ABŞ   Suriya   Türkiyə   Səudiyyə-Ərəbistanı   görüş  





Xəbər lenti